Kamran Əliyev ona yüksək vəzifə verdi

ÖLKƏ
14:52
23 Dekabr 2022
314

Baş Prokurorluqda yeni idarə rəisi təyin olunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Kamran Əliyevin böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilib. O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.

Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi çalışıb.

Qeyd edək ki, daha əvvəl sözügedən idarənin rəisi tanınmış prokuror Tariyel Qurbanov idi. T.Qurbanov bir müddət öncə vəzifəsindən azad edilərək Abşeron rayon prokuroruna köməkçi göndərilib. O, Bakıda hamam işçiləri tərəfindən törədilən şantaj cinayətində zərərçəkmiş kimi tanınıb.

Xəbər lenti