Bakı-Quba yolu bu gün açılır

XƏBƏR
13:18
23 Dekabr 2022
144

Bir neçə aydır təmir olunan Bakı-Quba yolunun böyük hissəsi bu gün istifadəyə veriləcək.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bərpası aparılan beton yolun 98 faizində artıq təmir bitib. Həmin hissənin bu gündən istifadəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu ilin mayından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb. Təmirin bu ilin sonunadək tamamilə yekunlaşdırılacağı nəzərdə tutulmuşdu.

Xəbər lenti