Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

XƏBƏR
12:48
23 Dekabr 2022
170

Məhkəmədə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Sabah.az APA-ya istinadın xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə şikayəti əsassız hesab edərək təmin etməyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti