Polis zabiti qəzada öldü

ÖLKƏ
10:20
23 Dekabr 2022
288

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Sabah.az-a verilən məlumata görə, hadisə Qırlı kənd yolunda qeydə alınıb.

Minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü 1987-ci il təvəllüdlü Alıyev Aqil Məqsəd oğlu həlak olub.

Məlumata görə, o, Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti