Bakıda doqquz avtomobil toqquşdu - Video

HADİSƏ
10:54
23 Dekabr 2022
333

Ötən gecə Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Dərnəgül yolu adı ilə tanınan Ziya Bünyadov prospektində 9 avtomobil bir-birinə çırpılıb.

Bildirilib ki, hadisəyə havanın yağıntılı olması səbəbindən yolun sürüşkən olması və sürücülərin ara məsafəsi tələbinə riayət etməməsi səbəb olub.

Nəticədə ciddi xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Həmin qəzanın görüntülərini təqdim edirik:

Xəbər lenti