Yeni il gecəsi bulvarda atəşfəşanlıq olacaq

ÖLKƏ
12:48
22 Dekabr 2022
268

Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.

“Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək”, - deyə o söyləyib.

Xəbər lenti