Vasif Talıbov istefa iclasında iştirak etməyib

ÖLKƏ
15:34
21 Dekabr 2022
286

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa səbəbi açıqlanıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün keçirilən iclasda bildirib.

Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, iclasda V.Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov orada olub.

Xəbər lenti