Qanunsuz tikilən obyektlər söküldü - Video

XƏBƏR
13:34
21 Dekabr 2022
156

Sumqayıtda daha bir tikintinini qarşısı alınıb.

Sabah.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikintilərlə bağlı keçirilən tədbirlərin nəticəsi olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində və 76-cı məhəllə ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.

Xəbər lenti