Ağdamda qətlə yetirilən qadın 5 uşaq anası olub - Yenilənib
Ağdamda ər arvadını öldürüb.
Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
***
Dekabrın 21-də rayonun Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur. Araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Sahib İbadov şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.
***
Ağdamda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, rayonun məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində qətlə yetirilən 37 yaşlı Tünzalə İbadova 5 uşaq anası olub.
Onu öldürən əri 1974-cü il təvəllüdlü Sahib İbadovun içki aludəçisi olduğu bildirilir.
Sahib İbadovun əmisi oğlu, Namiq İbadov deyib ki, Sahibin törətdiyi cinayət hər kəsi, o cümlədən anasını hiddətləndirib:
“Tünzalə sakit gəlin idi. Gözləmirdik belə bir hadisə ola. Sahib bənna işləyirdi, amma içki aludəçisi idi, çox içirdi. Tünzalə işləmirdi, uşaqlarına baxırdı. Gözləmədiyimiz hadisə oldu. Hamısı spirtli içkinin təsiridir. Tünzalənin qohumları Bakının Qobu qəsəbəsində yaşayırlar. Özü yetim idi, 5 övladı da yetim qaldı. Böyük uşağının 12, balacasının 3 yaşı var”.
Daha çox