Marşrut avtobusları “Sovetski”də ilişib qaldı - Video
Bu gün saat 14 radələrindən etibarən Bakının mərkəzi hissələrində sərnişindaşıma xidməti göstərən 65 saylı marşrut xəttinə məxsus avtobuslar “Sovetski” adalanan ərazidə qalıb.
Sabah.az xəbər verir ki, bu barədə daşıyıcı şirkətdən məlumat verilib. Bildirilib ki, Murtuza Muxtarov küçəsində avtomobillərin səliqəsiz parkinq edilməsi səbəbindən 65 saylı marşrut xətti üzrə çoxsaylı iritutumlu avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət 1 saata yaxındır tamamilə dayanıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stressə səbəb olur.
Daha çox