“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon ayrıldı

XƏBƏR
16:07
20 Dekabr 2022
186

Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncama əsasən, 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

Xəbər lenti