Günay Səlimzadənin yerinə o təyin olundu

ÖLKƏ
13:58
20 Dekabr 2022
348

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Saleh Hacıyev Mətbuat xidmətinə rəhbər təyin edilib. O, buna qədər Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi olub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bir neçə gün öncə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifəyə təyin edilmişdi.

Fotoda: Günay Səlimzadə

Xəbər lenti