MN Günəşlinin atəşə tutulmasını təkzib etdi

XƏBƏR
09:54
20 Dekabr 2022
141

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən Sabah.az-a bildirilib.

Azərbaycan MN Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edib.

Xəbər lenti