Maştağada silahla tutuldu - Foto

XƏBƏR
11:14
8 Fevral 2020
46

Daxil olmuş əməliyyat məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub.

Sabah.az xəbər verir ki, onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı materiallar araşdırılması üçün aidiyyatı İstintaq Şöbəsinə göndərilib.

Xəbər lenti