Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanaraq öldürüldü - Yenilənib

XƏBƏR
14:52
17 Dekabr 2022
312

Sumqayıtda 33 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Sumqayıt şəhər prokurorluğu hadisə ilə bağlı məlumat yayıb:

Dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti