Dumanlı hava nə vaxtadək davam edəcək?

XƏBƏR
12:27
17 Dekabr 2022
319

“Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur”.

Sabah.az xəbər verir ki, bu sözləri Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, duman sinoptik  şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir:

“Bəzi bölgələrdə, o cümlədən Bakıda  və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb”.

G.Məmmədovanın sözlərinə görə,  gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb.

O əlavə edib ki, ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək:

“Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

Qeyd edək ki, bu gün dumanlı hava şəraiti səbəbindən Bakıdan Naxçıvana uçan təyyarə geri dönməli olub, həmçinin Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” aviaşirkətinin təyyarəsi və Tbilisi hava limanına eniş edə bilməyən Polşanın “LOT” aviaşirkətinin təyyarəsi Bakıda eniş ediblər.

Xəbər lenti