Deputatların koronavirus testinin cavabları məlum oldu
Milli Məclisin deputatları ötən gün koronavirusla bağlı test yoxlanışından keçib.
Sabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, test nəticələrinə əsasən deputatlarla bağlı hər hansı problem yoxdur:
“Belə ki, nəticələr neqativ çıxıb. Eyni zamanda, Milli Məclis sədrinin təşəbbüsüylə jurnalistlərin də iclası izləməsi üçün şərait yaradılıb. Binaya daxil olan jurnalistlər termovizor aparatı vasitəsilə yoxlanılacaq”.
Daha çox