Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb

XƏBƏR
12:23
17 Dekabr 2022
348

Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb.

DİN-in mətbuat xidmətindən Sabah.az-a verilən xəbərə görə, 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub.

Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti