Bakıda ağır qəza - 1 ölü, 4 yaralı

HADİSƏ
09:45
28 Mart 2020
121

Bakı şəhəri Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.

Sabah.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti