Bakıda bərbərxanada qətl - 28 yaşlı oğlanı öldürdü

XƏBƏR
15:12
16 Dekabr 2022
294

Bakıda bərbərxanada qətl törədilib.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanda baş verib. Orada bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsərətləri yetirməklə onu qətlə yetirib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti