Koronavirusdan ölənlərin sayı 24 minə çatır - ÜST

XƏBƏR
09:25
28 Mart 2020
58

Ümumilikdə dünyada koronavirusa yoluxanların sayı 509 min 164 nəfərdir.

Sabah.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Covid-19-dan ölənlərin sayı 23 min 335 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzində 46 min nəfərdən çox virusa yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 2 501 nəfər olub. Koronavirusa ən çox yoluxma (286 min 697 nəfər) və ölüm faktı (16 min 105 nəfər) Avropada qeydə alınıb. Son sutka ərzində burada xəstələrin sayı 36 min 414 nəfər, ölənlərin sayı isə 2 155 nəfər artıb.

Siyahıda ikinci sırasında Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi yer alıb. Son statistikaya görə, orada 100 min 018 yoluxma və 3 567 ölüm hadisəsi qeydə alınıb. Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada ümumilikdə 81 min 137 nəfər koronavirusa yoluxub və 1 176 nəfər ölüb.

Xəbər lenti