Azərbaycanda ata oğlunu güllələdi - Yenilənib

ÖLKƏ
10:30
15 Dekabr 2022
428

Daşkəsəndə güllələnmə hadisəsi olub.

Sabah.az “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə baş verib.

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) Gədəbəy sakini, 1986-cı il təvəllüdlü Elfaq Abbasovun kürək nahiyəsindən silahla açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin atası, 1963-cü il təvəllüdlü Qəşəm Abbasov saxlanılıb. Saxlanılan şəxs hadisəni sərxoş halda törətməsini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti