Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü+Fotolar

ÖLKƏ
10:56
15 Dekabr 2022
523

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes Vito” markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə, yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Ölənlərin hamısı mikroavtobusda olan şəxslər olub. TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Xəbər lenti