Gənclər üçün musiqi prodüserliyi təlimləri keçirildi

XƏBƏR
13:30
8 Dekabr 2022
35

Elektron musiqi bəstəkarlığına maraq göstərən gənclər arasında keçirilən musiqi prodüserliyi təlimləri yekunlaşıb.

Sabah.az xəbər verir ki, paytaxt gənclərini əhatə edən və 8 praktiki dərsdən ibarət olan təlimlər peşəkar DJ və prodüser Həzi Kərim tərəfindən aparılıb.

İştirakçılar təlimlərdə musiqi prodüserliyi ilə bağlı ilkin biliklər əldə edib, “Ableton” proqramı və onun əsas funksiyaları ilə tanış olublar. Təlimin yekununda öz musiqi treklərini hazırlayan və fərqlənən iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi və Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti