Avtobus zolaqlarına girən sürücülərə - Xəbərdarlıq

XƏBƏR
15:29
14 Dekabr 2022
223

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib.

Sabah.az xəbər verir ki, İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etmək xahiş olunur:

“Əks təqdirdə təyinatı üzrə öz zolağı ilə hərəkət etməyib, avtobus zolağına daxil oan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, 40 manat məbləğində cərimə olunacaq.

Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Lakin paytaxtın Qara Qarayev, Məhəmməd Hadi, Atatürk və Ziya Bünyadov kimi prospektlərində əlavə naryadlar cəlb olunmaqla ərazi üzrə nəzarət edilir. Avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmaq, inzibati məsuliyyət yaradan hallardan çəkinmək və nəticədə paytaxt yollarında nəqliyyat axının səmərəli formada hərəkətini təşkil etməklə nəqliyyat ehtiyaclarının ödənilməsi və yollarda əlavə yüklənmənin olmaması üçün hər bir sürücüdən anlayışlı münasibət tələb olunur”.

Xəbər lenti