Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə əlavə texnika yığır - Video

XƏBƏR
11:25
12 Dekabr 2022
276

Xəbər verdiyimiz kimi, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiyanın həyata keçirildiyi ərazidə olunan Rusiya sülhməramlılarının hərbçilərinin sayı, o cümlədən texnikanın sayı artırılır. Belə ki, aksiya başlayanda hadisə yerində Rusiya sülhməramlılarına məxsus bir hərbi texnika xidmət aparırdısa, hazırda onların sayı üçdür.

Bir saatdan çoxdur davam edən aksiyada etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Onlar QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Xəbər lenti