Gəncədəki hadisədə ölənlərin sayı artdı

XƏBƏR
10:13
12 Dekabr 2022
284

Ötən gecə Gəncə şəhərində qohumlar arasında baş vermiş dava-dalaş zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisədə bıçaqlanan Niyazi Bayramov da ölüb.

Qeyd edək ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Borc pul üstündə yaranmış münaqişə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov güllələnərək qətlə yetirilib, onun oğlu, 2004-cü il təvəllüdlü Ayxan xəsarət alıb. Həmçinin 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.

Xəbər lenti