DİN və DSX əməliyyat keçirdi - İran vətəndaşları saxlanıldı

XƏBƏR
12:45
10 Dekabr 2022
235

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DİN) əməkdaşlarının birgə keçirdikləri əməliyyatla İran vətəndaşları saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, dekabrın 9-da İranın Germi şəhər sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu sərhəddən külli miqdarda narkotik keçirmək istəyiblər.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Xəbər lenti