İşlədiyi uşaq evindən oğurluq etdi

XƏBƏR
12:35
10 Dekabr 2022
262

Bakıda işlədiyi uşaq evindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. Hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti