Yaşayış binasında yanğın, 50 nəfər təxliyə edildi - Video

HADİSƏ
10:45
10 Dekabr 2022
460

“Qobu Park-2” yaşayış kompleksində binada yanğın baş verib.

Sabah.az xəbər verir ki, hadisə yaşayış binalarından birinin 3-cü mərtəbəsində qeydə alınıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın artıq lokallaşdırılıb.

***

Fövqəladə Hallar Nazirliyi “Qobu Park-2” yaşayış kompleksində baş verən yanğınla bağlı məlumat paylaşıb.

Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi “Qobu park-2” yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvələri tərifində ümumilikdə 50 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Xəbər lenti