Azərbaycan neftinin qiyməti artıb

XƏBƏR
10:36
10 Dekabr 2022
241

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Sabah.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,82 faiz artaraq, 79,49 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti