Bəxtiyar Hacıyevlə bağlı həbs qərarı verildi

ÖLKƏ
17:55
9 Dekabr 2022
428

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb.

Sabah.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib. B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.

Xəbər lenti