Yola zibil atanların nəzərinə - 40 manat cəriməsi var

XƏBƏR
16:19
9 Dekabr 2022
216

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yollara tullantı atan hərəkət iştirakçılarına müraciət edib.

Sabah.az xəbər verir ki, İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, nəqliyyat vasitələri hərəkətdə olarkən sürücü və ya sərnişinlərin nəqliyyat vasitəsindən yola məişət tullantıları (su şüşələri, müxtəlif növ qablaşdırılmış qida qalıqları və s.) atması ilə bağlı müvafiq cərimələr nəzərdə tutub:

“Bu faktlarla bağlı qanunvericiliyin normaları çərçivəsində tərəfimizdən mübarizə aparılır.

Aidiyyəti üzrə tərəfimizdən bu kimi hallara yol verən hərəkət iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) ilə həmin şəxslərə 40 manat məbləğində cərimə tətbiq edilir. Lakin təəssüf ki, cərimələrə baxmayaraq, bu gün də bənzər hərəkətə yol verənlər az deyil. Çünki bu cür məsələlər cərimə ilə yox, mədəni düşüncə tərzi ilə həll olunur!”

Xəbər lenti