Bəxtiyar Hacıyev saxlanıldı - Məhkəməyə aparıldı+Yenilənib

ÖLKƏ
14:25
9 Dekabr 2022
499

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib:

“Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır”.

***

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev Xətai Rayon Məhkəməsinə gətirilib. Lakin vəkili məhkəmə binasına buraxmayıblar.

Xəbər lenti