37 yaşlı şəxsi elektrik cərəyanı vurub öldürdü

HADİSƏ
22:02
27 Mart 2020
27

Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər lenti