Kukla Teatrının əməkdaşları dindirilib

XƏBƏR
17:55
8 Dekabr 2022
215

Mədəniyyət Nazirliyinin Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında apardığı yoxlamalar davam edir.

Sabah.az xəbər verir ki, artıq teatrın əməkdaşları da dindirilib.

Yoxlamaların nə vaxt başa çatacağı məlum deyil.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi sözügedən teatrda yoxlamalar aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Xəbər lenti