Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik bu hakimə tapşırıldı

XƏBƏR
17:20
8 Dekabr 2022
287

Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr müavini təyin edilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmənin hakim spikeri Telman Hüseynov bildirib ki, sədrin müavini vəzifəsinin müvəqqəti icrası hakim Zeynal Ağayevə həvalə olunub. Ötən gün BACM-in sədri vəfat etdiyi üçün Z.Ağayev həm də avtomatik olaraq sədrin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dünən ürəktutmasından dünyasını dəyişmişdi. Sədrin müavini Əfqan Hacıyev isə bu ilin mayında təqaüdə çıxmış, onun yerinə təyinat olmamışdı.

Xəbər lenti