Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi

ÖLKƏ
15:11
8 Dekabr 2022
441

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Sabah.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.

Xəbər lenti