Kibrit qutularında narkotik satmaq istəyərkən tutuldu

XƏBƏR
13:38
8 Dekabr 2022
228

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 10 gündə 19 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sabah.az-a verilən məlumata görə, rayon sakini E.Mehrəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Nərimanabad qəsəbəsində hərəkətdə olarkən Lənkəran Şəhər RPŞ əməkdaşları tərəfindən saxlanılıb. Əsaslı şübhələr olduğundan həmin nəqliyyat vasitəsi polis şöbəsinə gətirilib. Avtomobildəki saxlanc yerindən və nəqliyyat vasitəsində sərnişin qismində olan S.Sattarovun üzərindən kibrit qutularında qablaşdırılmış 271 qram marixuana aşkarlanıb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son 10 gündə rayonda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 17 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilib.

Qeyd edək ki, Lənkəranda son bir həftədə qanunsuz saxlanılan 5 ov tüfəngi aşkarlanaraq götürülüb.

Xəbər lenti