Gəncədə məhbus intihar etdi

ÖLKƏ
13:12
8 Dekabr 2022
379

Gəncədə məhbus intihar edib.

Sabah.az xəbər verir ki, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında baş verib. Orada cəza çəkməkdə olan Tovuz rayon sakini Əhmədov Maksim Mehdi oğlu özünə qəsd edib. Onun şüşə ilə damarlarını kəsərək intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, M.Əhmədov ötən il Tovuz rayonunda qətl törədib. O, həmyerliləri Ənvər və Fərman Alırzayev qardaşlarını bıçaqlayıb. Ürək nahiyəsindən xəsarət alan Ənvər ölüb. M.Əhmədov 18 il müddətə azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti