Bu tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadıldı

XƏBƏR
12:59
8 Dekabr 2022
230

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Sabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il yanvarın 1-dək kimi uzadılıb.

Qeyd edək ki, daha əvvəl bu müddət 2022-ci il noyabrın 1-nə kimi nəzərdə tutulurdu.

Xəbər lenti