Sumqayıt-Bakı qatarının vurub öldürdüyü şəxsin kimliyi bilindi - Yenilənib
Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
Sabah.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Ağazadə Hacı Əmralı oğlu olduğu bildirilir.
Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox