Bakının bu ərazilərində su kəsilib
10:12
8 Dekabr 2022
472Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Sabah.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Daha çox