Kəlbəcərdəki mövqelərimiz atəşə tutuldu
Dekabrın 7-də saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən Sabah.az-a daxil olan məlumatda bildirilir.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Daha çox