Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı - Video+Yenilənib

XƏBƏR
13:55
7 Dekabr 2022
376

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-ü keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Xocalıdakı qərargahda müzakirələri davam etdirəcək.

Sabah.az xəbər verir ki, bu məqsədlə Şuşadan Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.

İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra xidmətdə olan sülhməramlıların onların keçidinə mane olduqlarını bildirib.

Hadisə yerindən videoreportajı təqdim edirik:

Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.

***

Sabah.az APA-ya istinadən xəbər verir ki, media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.

Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.

Monitorinq qrupunun Xocalıda danışıqları davam edir.

Xəbər lenti