Gədəbəydə ər arvadını qətlə yetirdi

XƏBƏR
14:49
6 Dekabr 2022
218

Gədəbəydə ər arvadını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, hadisə rayonun Şəkərbəy kəndində baş verib. 32 yaşlı Elməddin abdullayev eyni yaşlı həyat yoldaşı Könül Eyvazovanı xəsarətlər yetirməklə öldürüb. E.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

Xəbər lenti