Yollar buz bağlayacaq - Xəbərdarlıq

XƏBƏR
13:30
5 Dekabr 2022
296

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, dekabrın 5-i saat 12:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Xəbər lenti