Küçədə mal satmağına icazə verilmədi - Özünü yandırdı

XƏBƏR
14:52
2 Dekabr 2022
236

Bakıda yol kənarına satdığı malları yığan şəxs özünü yandırmağa cəhd edib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 12:00 radələrində Yeni Yasamal qəsəbəsində baş verib.

Belə ki, vətəndaş Vüqar Əzizov həmin ərazidə işlətdiyi köşkün önünə satış məqsədilə mallar yığıb. Lakin onun yığdığı mallar səkinin böyük hissəsini zəbt edib və ərazidə piyadaların sərbəst hərəkətinə maneə yaradıb. Buna görə də Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları ondan səkiyə yığdığı malları götürməyi tələb ediblər. Tələblə razılaşmayan V.Əzizov etiraz əlaməti olaraq özünü yandırıb.

Həmin vaxt ərazidə olan polis əməkdaşları dərhal hadisəyə müdaxilə ediblər. Vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım çağıraraq onu xəstəxanaya çatdırıblar. Hazırda V.Əzizovun vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Əzizov Vətən Müharibəsi iştirakçısıdır.

Xəbər lenti