Bakının mərkəzində motosikletlə “Toyota” toqquşdu - Video

XƏBƏR
11:30
2 Dekabr 2022
234

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində ümumilikdə 13 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Sabah.az xəbər verir ki, həmçinin Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində “Tufan” markalı motosiklet və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib. Qəza nəticəsində motosikletin dəmir elementi sürücüsü - 1994-cü il təvəllüdlü Babayev Elşən Rövşən oğlunun ayağına nüfuz edib.

Xilasedicilərin operativ müdaxiləsi sayəsində vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Xəbər lenti