Hava ilə bağlı - Xəbərdarlıq

ÖLKƏ
17:58
1 Dekabr 2022
426

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Sabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək.

Havanın temperaturu 2-3 dərəcə aşağı enərək, 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 02-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək.

Havanın temperaturu 2-3 dərəcə aşağı enərək, aran rayonlarında 7-12 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti